[ 01 Aprel 2015 15:42 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.

 

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

 

Aparılan araşdırmalar zamanı onun Suriyaİraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.


Onun barəsində həbs qətimkan tədbiri seçilib və araşdırma aparılır.