[ 01 Aprel 2015 14:15 ]
Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Seyx Muhammed Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Bu barədə APA-ya Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Səfər zamanı Seyx Muhammed Bin Rəşid əl-Maktumu kabinet işləri, iqtisadiyyat, xarici işlər üzrə dövlət naziri və digər yüksək rütbəli şəxslər müşayiət edəcək.
İki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.