Bakının Səbail rayonda tanınmış reper saxlanılıb. Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsindən anspress-ə verilən məlumata görə, Dado ləqəbli reper Səid Əliyev ötən gecə "Sahil" metrostansiyasının yaxınlığında saxlanılıb.

İctimai asayişi pozduğu üçün saxlanılan Dado polis şöbəsinə aparılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 246-cı maddəsilə cinayət işi açılıb.

Qanunvericiliyə əsasən, reper 50 manat məbləğində cərimə ediləndən sonra sərbəst buraxılıb.

Milli.Az