Bakının Səbail rayonda tanınmış reper saxlanılıb. Sabəil rayon Polis İdarəsi 39-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Dado ləqəbli reper Səid Əliyev bu gecə "Sahil" metrostansiyasının yaxınlığında saxlanılıb.

İctimai asayişi pozduğu üçün saxlanaılan Dado polis şöbəsinə aparılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 246-cı maddəsilə cinayət işi açılıb.

Qanunvericiliyə əsasən reper 50 manat məbləğində cərimə ediləndən sonra sərbəst buraxılıb.
Mənbə
ANS PRESS