Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O qeyd edib ki, Aİ ölkələrin ərazi bütövlüyü prinsipinə böyük diqqət ayırır.
“Aİ Azərbaycanın suverenitetini və ərazi bütövlüyünü dəstəkləyir və bu, 1996-cı ildə tərəflər arasında imzalanmış sazişdə yer alıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz onun fəaliyyətini dəstəkləyirik”, – deyə Malena Mard vurğulayıb.
Milli.Az