"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ)  4-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Sakit Kərimova bıçaqla xəsarəti yetirməklə sağlamlığına ağır zərər vuran Bakı şəhər sakini, əvvəllər məhkum olunan Hüseyn Quliyev tutulub.
Daha bir bıçaqlanma hadisəsi də Nərimanov rayonunda baş verib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Zalova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Bakı şəhər sakini Ümüd Sultanov tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.