Nikita Mixalkov: "Mənim çəkiliş qrupumda saata baxan adam ola bilməz"
N.Mixalkov isə bildirib ki, ustad dərsi keçməsinin məqsədi azərbaycanlı aktyorlarla yaxından tanış olmaqdır.
N.Mixalkov zəngin teatr və kino bilgilərini Azərbaycanlı həmkarları ilə bölüşüb. Uzun illər ərzində çəkdiyi və aktyor kimi çəkildiyi filmlərdən danışan N.Mixalkov Kino Akademiyası yaradacağını deyib. Bu yaxınlarda fəaliyyətə başlayacaq Akademiyada istedadı olan hər kəs təhsil ala biləcək. Təhsil pullu olsa da, Mixalkov qeyd edib ki, xüsusi istedadı ilə seçilənlər Kino Akademiyada güzəştli şərtlərlə təhsil alacaqlar.
Kinonun qəddar sənət olduğunu deyən rejissor bu sənətlə məşğul olan hər kəsin ürəyini, bütün həyatını bu sənətə fəda etməsi gərkdiyini vurğulayıb:
"Çəkiliş meydanı həyatdır. Kino çəkmək çətindir. Dəxli yoxdur asan və ya çətin film olsun. Bu elə çətin sənətdir ki, bir kişi üçün bu sənəti icra etmək çətindir. O ki, ola qadın kinorejissorlar. Mən hər zaman qadın kinorejissorlara əhsən deyirəm. Onlarda kişi təpəri olur".
N.Mixalkov çəkiliş meydançasında baş verən hadisələrdən, rejissor kimi qayda-qanunlarından da söz açdı.
"Mənim çəkiliş qrupumda saata baxan adam ola bilməz. Bu mümkün deyil. Mənim bütün çəkiliş qrupumun üzvləri hər gün isti yeməklə təmin edilir. Ən xırda epizoddan başlamış, kütləvi səhnələrdə iştirak edən adamlara qədər. Çünki, aktyoru çalışdırdığın kimi qayğısına qalmağı da bacarmalısan. Mənim üçün böyük film çəkmək zövqdür. Məsələn, "Sibir bərbəri" filmini çəkəndə kütləvi səhnələrdə 3000-3500 insan var idi. Belə film möhtəşəm alınır. Bu filmin çəkilişlərində aktyorlar ağır hərbi rejimdə çalışdılar. Hər səhər 6-da oyanır, idman məşğələləri edir, kilometrlərlə qaçır, rəqs etməyi öyrənirdilər. Üç ay hərbi formada gəzdilər. Amma heç biri halından şikayətçi deyildi. Hər kəs məmmunluq hissi ilə çalışırdı. Bax, əsl sənət, əsl kino budur".
"Oskar" mükafatını qazanan rejissor N.Mixalkovun Amerika kinosu barədə dedikləri də diqqəti cəlb etdi. "Kino Amerikanı yaratdı" deyən Mixalkov Amerika kinosunun onların təfəkkürünə, düşüncəsinə nə qədər təsir etdiyini bildirib və əlavə edib ki, məhz bu səbəbdən amerikalılar başqa filmlərə baxmaq istəmirlər.
Son illər ekranlaşdırdığı filmlərdə tarixi-siyasi mövzulara toxunduğunu və belə filmlərə daha çox meylli olduğunu deyən N.Mixalkov müharibə mövzusuna da, toxundu. "Müharibədən dəhşətli heç nə ola bilməz. Mənim çəkdiyim filmlərdə bu fikir ana xətt kimi keçir. Müharibədən əlini-ayağını itirib qayıdan əsgər burnu belə qanamayan qonşusunu görəndə sizcə hansı hissləri keçirir? Bax mənim filmlərim həmin düşüncələr, hisslər barəsindədir".
Ustad dərsindən sonra görkəmli rejissor azərbaycanlı rejissor və ssenaristlərin suallarını da cavablandırıb.
Jurnalistlərlə ayaqüstü söhbətində isə N.Mixalkov Qriboyedov haqqında çəkmək istədiyi film barəsində danışıb. Filmin hazırlıq prosesinin getdiyini deyən N.Mixalkov yaxın gələcəkdə filmi ekranlaşdıracağını deyib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33