ANS PRESS-in məlumatına görə, mərasimdə aktyorun dostu, tanınmış aktyor Kıvanc Tatlıtuğ da iştirak edib.
“Eyyub sultan” məscidində təşkil olunan mərasimdə aktyorun həyat yoldaşı Duyğu Boztepe və qardaşı Kaya Boztepe tədbir iştirakçılarından başsağlığını qəbul ediblər.
Məsciddə qabaq sıralarda oturan Kıvanc Tatlıtuğ vaxtaşırı göz yaşlarını saxlaya bilməyib.
Mərasimdə oxunan mövluda sonuna qədər qulaq asan Tatlıtuğ dua etdikdən sonra məsciddən ayrılıb.

Mənbə
ANS PRESS