Binəqədi və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 1000-dan işlər başa çatanadək Binəqədi, saat 10:00-dan 15:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Dasilələrin yaranması Motodrom ərazisinə gedən diametri 720 mm-lik orta təzyiqli qaz xəttinin üzərində istehsalat zəruriyyəti ilə bağlı siyirtmənin quraşdırılması və diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədardır.

Qeyd edək ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.
Mənbə
ANS PRESS