Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) müstəqillik günüdür.

Lent.az-ın məlumatına görə, QKTC-nin istiqlalına qovuşmasından 25 il ötür. 25 illik yubiley münasibətilə – Cümhuriyət törəni, hərbi parad, həmçinin digər tədbirlər keçiriləcək.

QKTC-nin müstəqil dövlət kimi tanınması hələ də reallaşmamış qalır. Cümhuriyyəti yalnız Türkiyə müstəqil dövlət kimi tanıyır. Azərbaycan QKTC-ni müstəqil dövlət kimi tanımasa da, Cümhuriyyətlə müxtəlif vaxtlarda əlaqələr qurulub, Bakıdan QKTC-yə uçan təyyarə reysi açılıb.

Hazırda QKTC-nin Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Bu gün QKTC-nin Bakıdakı Nümayəndəliyi Bakıda müstəqillik günü münasibətilə tədbir keçirəcək.

QKTC-nin prezidenti Mehmet Əli Tələtdir.


Pərvin ABBASOV