Fazil Mustafadan erməniləri üzəcək təklif
ANS PRESS-in məlumatına görə, Fazil Mustafa Azərbaycanın Çanaqqala Zəfərinin qeyd etməsinin zəruri olduğunu deyib.
Millət vəkilinin statusunu təqdim edirik:
"Bu gün ANS TV-də Günəbaxan verilişində bir təkliflə çıxış etdim. Bu təklifi imkan olsa Milli Məclisdə də səsləndirəcəyəm. Bildiyiniz kimi, 24 apreldə yalançı "erməni soyqırımı"nın 100 illiyi İrəvanda qeyd olunacaq. 24 aprel günü Türkiyədə də Çanaqqala Zəfərinin 100-cü ildönümü bayram ediləcək. Təklif etdim ki, 24 apreldə Türkiyə ilə birlikdə həmrəyliyimizi nümayiş etdirmək üçün Azərbaycanda da məhz 24 aprel günü Çanaqala Zəfərinin 100 illiyi rəsmi şəkildə qeyd olunsun. Soruşula bilər ki, bizə nə aidiyyatı? Arqumentim aşağıdakılardır: 1) Tez-tez qürurla bildiririk ki, bu savaşda könüllü qatılmış yüzlərlə azərbaycanlı şəhid olmuşdur, onların ruhunu yad etmək üçün bu bir qədirşünaslıq addımı olardı. Biz 9 mayı da o arqumentlə qeyd edirik ki, Böyük Vətən müharibəsində azərbaycanlılar döyüşüb, şəhid və ya qazi olublar, SSRİ-nin yaşaması üçün fədakarlıq edən bu soydaşlarımızın xatirəsini əziz tutmaq üçün ediriksə, niyə Çanaqqalada öz türk millətimiz üçün döyüşənlərə eyni münasibət bəsləməyək? 2) 24 aprel yalançı "erməni soyqırımı"na qarşı eyni gündə bir türk zəfərini ifadə edən tədbir keçirməyimiz, ciddi bir iradə nümayişi və ermənilərin təbliğatına qarşı bir addım ola bilər. 10-15 min manatlıq fişəng də qoy bu tədbirə getsin, bir saatlıq da atəşfəşanlıq olsun, bununla yoxsullaşmayacağıq ki? 3) Türkiyədə geniş masştabda Xocalı soyqırımı qeyd olundu və bizimlə möhtəşəm birlik göstərdilər, bizim də eyni həmrəyliyi göstərməyimizin həm dünyaya təbliği, həm də hər iki ölkənin insanlarına müsbət təsiri olar.
Hətta yaxşı olardı ki, həmin gün Qars və ya Ərzurumda Türk və Azərbaycan hərbi birləşmələrinin birgə hücum tətbiqatı da olsun. Bu təklifin qəbul olunmaması üçün hansısa bəhanə görmürəm. Ümid edək ki, rəsmi səviyyədə anlayışla qarşılanacaqdır". Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47