Bakı, 31 mart, AZƏRTAC
İngiltərənin Stokmondevil şəhərində güllə atıcılığı üzrə paralimpiyaçılar arasında dünya kuboku yarışlarının ilk günündə Azərbaycan komandası qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Milli Paralimpiya Komitəsinin idmançısı Elena Taranova 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında ən yüksək nəticə göstərərək dünya kubokuna sahib olub.
