ANS PRESS-in məlumatına görə, britaniyalı fotoqraf Sendi Ford da yeni doğulan uşaqların şəkillərini çəkməklə məşhurlaşıb. Həmin şəkillərin ən gözəlləri isə gülümsəyən körpələrin şəkilləridir. Bu şəkillər o qədər səmimidir ki, ətrafdakıların da onlara baxarkən eyni reaksiyanı verməsinə səbəb olur.
"Mən uşaqların gülümsəyəcəyi anı əvvəlcədən bilməyi müəyyən qədər öyrənmişəm. Buna görə də əlimdə fotokamera hazır yanında gözləyirəm ki, həmin anı tuta bilim", - deyə fotoqraf bildirib.
Sendi Ford nikah və portret şəkillər sahəsində də uğur qazansa da, bu gün biz sizə onun çəkdiyi gülümsəyən uşaqların şəkillərini təqdim edəcəyik.
















MənbəANS PRESS: Nazim Mustafayev