Tarixi abidələr kolleksiyasına bir səhənglə başlayan müsahibimiz deyir ki, 15 ildir bu işlə məşğuldur. Buradakı ən qədim əşyanın 10 min yaşı var.

TTV (Region TV) xəbər verir ki, burada tarixi abidələrdən gətirilən daşlara da rast gəlinir ki, onların da hər birinin üzərində işarələr var.
Muzeyə tək rayon sakinləri yox, həm də xarici ölkədən gələn qonaqlar maraq göstərirlər.
Kənd sakini deyir ki, gələcəkdə bu əşyaların sayını artırmaq və böyük bir muzey yaratmaq niyyətindədir.

Milli.Az