Bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Axşam.az-ın məlumatına görə, şuranın tərkibinə daxil olan tanınmışlardan biri də aktyor, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadədir.

Şuranın sədri isə xalq yazıçısı Çingiz Abdullayev olub. 

Dövlət Neft Şirkətinin rəhbəri, AFFA-nın prezidenti Rövnəq Abdullayev “Neftçi” futbol klubunun idaretməsinin Müşahidə Şurasında olacağını bildirib.