Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı İnna Kostinanın fərdi sərgisi açılacaq
Bakı, 31 mart, AZƏRTAC
Aprelin 8-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı İnna Kostinanın “Anima” adlı fərdi sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın nümayiş olunan qeyri – adi əsərlərində süjet xətti əsas əhəmiyyət kəsb etmir. Əsərlərdə əsasən güllər, qadın və musiqi mövzusu yer alır. Bütün bunlar psixologiyadan gələn “Anima” anlayışı ilə əlaqələndirilir. Bu anlayış təbiətə siraət edən və müxtəlif səviyyələrdə bütün canlılara xas olan qadınlığı və ümumilikdə qadın varlığı anlamını ifadə edir.
Qadın və erotika tematikasına həsr olunan silsilədə üslub baxımından dəqiqlik sanki üstünlük təşkil edir. Lakin əsərlərdəki obrazları qeyri-adi qrotesk səviyyəsinə çatdıran asketik kompozisiya və həddən artıq ifadəlilik, əsərləri açıq-aydın nəzərə çarpan heroqliflərə, simvollara çevirir. Bu simvollar vasitəsilə kompozisiyalar cəzb etmə qüvvəsi sayəsində bütöv və möhkəm bir xəttə birləşir. Müəllif heç vaxt əsərlərini düşüncədən irəli gələrək yaratmır, yalnız qəlbinə və onu heç bir halda yanıltmayan özünün qadın intuisiyasının diktəsinə əsaslanaraq ərsəyə gətirir.
İnna Kostina 1962 – ci ildə Bakıda dünyaya gəlib. O, 1984-cü ildə “1905–ci il Xatirəsinə” Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini bitirib. 1984-1989 – cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda bədii film və televiziya üzrə quruluşçu rəssam ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq və kino kafedrasında dərs deyir. Hazırda Azərbaycan Rəssamlar İttifaqı və Respublika Kinematoqrafçılar İttifaqının üzvüdür.
Bununla yanaşı, bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatıdır və 250–dən artıq müxtəlif sərgilərin iştirakçısıdır. İnna Kostina fərqli üslubu ilə tanınır. Həmçinin rəssam “batik” texnikası ilə ipək üzərində rəsm işləyən dünyaca məşhur rəssamlardan biridir.
1987–ci ildən başlayaraq rəssamın əsərləri İtaliya, Norveç və Almaniya kimi dünyanın 30 – dan çox ölkəsində müxtəlif muzey və qalereyalarda nümayiş olunur.
Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanda “Old Gallery” və Karvasla Muzey Mərkəzində, Italiyada “IL Leone ” İncəsənət Mərkəzində, həmçinin Azərbaycanda və dünyanın 25-dək ölkəsində şəxsi kolleksiyalarda saxlanılır.
İnna Kostinanın ən maraqlı mükafatlarından biri “IL Leone” incəsənət mərkəzində keçirilən fərdi sərgisində aldığı “Mükafat Roma – 2010” olub.
Rəssam 1995–ci ildən istedadlı uşaqlar üçün təşkil olunmuş “7 əlvan kəpənək” adlı studiyaya rəhbərlik edir.
İnna Kostina 1996–cı ildən Norveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Şəkidə keçirilən “Kağız 1”, “Kağız 2” incəsənət simpoziumlarının direktor –koordinatorudur. Keçirilən simpoziumlar yaradıclıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, dünya miqyasında Azərbaycan incəsənət xadimlərinin şöhrətini artırmağa xidmət edir.
Müasir İncəsənət Muzeyində rəssamın 55 əsəri nümayiş etdiriləcək və sərgi mayın 5-dək davam edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05