FHN-in Akademiyasına əyani təhsil üzrə kursant qəbulu elan edilib
Abituriyentlər Fövqəladə Hallar Nazirliyinin xüsusi həkim ekspertiza komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilən qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir. Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Test imtahanlarının keçirilməsi ilə bağlı şərtlərlə TQDK-nın internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar. Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyada təhsil müddəti 4 ildir. Tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına "Yanğın təhlükəsizliyi mühəndisliyi" və "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə bakalavr dərəcəsi verilir, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına internet vasitəsilə elektron ərizə verdikdən sonra tərcümeyi-hal; şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti; tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə; tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış; yaşayış yerindən arayış; xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə dispanser arayışları və digər tibbi sənədlər və 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə) sənədləri şəxsən təqdim etməlidirlər.
Qeyd edək ki, sənədlər aprelin 1-dən 30-dək (istirahət günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi ) qəbul edilir. Sənəd qəbulu və sınaqlarla bağlı ətraflı məlumat Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəsmi internet səhifəsində (www.fhn.gov.az) yerləşdiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33