Qeyd edək ki, metronun “20 Yanvar” stansiyasının yaxınlığında iki nəfər İ.Ağayevə məxsus avtomobilə əyləşərək onları Abşeron rayonu 'At Yali' adlanan əraziyə aparmalarını xahiş ediblər. Müştərilər deyilən əraziyə çatanda İ.Ağayevə qarşı zor tətbiq ediblər. Onun əl nahiyəsinə biçaqla xəsarətlər yetirən cinayətkarlar sürücünün əl-qolunu bağlayıb avtomobilin yük yerinə qoyublar. Avtomobilin sükani arxasına keçən cinayətkarlar sürücünü yoldan bir qədər kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. İ.Ağayev yaxınlıqdan keçən yük maşınlarının köməyi ilə hadisə barədə polislərə məlumat verə bilib.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir. C.Nəsirov və İ.Abbasovun əçəllərindən başqa zərərçəkən şəxslər varsa Abşeron rayon Polis İdarəsinə müraciət edə bilərlər.




