Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Cəlilabad rayonunda yaşayış evi yanıb.

Hadisə axşam saatlarında rayonun Uzuntəpə kəndində Rüstəmov Elşad Əli oğluna məxsus fərdi yaşayış evində  baş verib. Evdəki otaqlardan  birində başlayan yanğın tez bir zamanda bütün evi bürüyüb. Evin yandığını görən ailə üzvləri evdən xəsarətsiz çıxa biliblər. Lakin  115 kv.m-dən ibarət  evin iki otağı içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikaları çağırılıb. Yanğının yardımçı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın  elektrik naqillərindəki qısaqapanmadan baş verib.

Milli.Az