"Tezliklə Moskvada yeni inşaat biznesinə başlayacam".

Milli.Az xəbər verir ki, bunu haqqın.az saytına müsahibəsində azərbaycanlı milyarder Telman İsmayılov deyib.

"Biz ümumi sahəsi 2 milyon kvadratmetr olan kompleksin inşasına başlayacağıq. Əminəm ki, bu kifayət qədər uğurlu layihə olacaq", - deyə o əlavə edib.

Azərbaycanda çoxlu dostlarının olduğunu deyən iş adamı əlavə edib ki, ailəsi də azərbaycanlı ailələrdən az fərqlənir.

"Biz ənənələrimizi qoruyub saxlayırıq. Tez-tez Bakıda oluram. Sonuncu dəfə bir neçə ay əvvəl olmuşdum", - o deyib.

Jurnalistin "Sizin sarayınızda çoxsaylı fotolar var - hər tərəfdən məşhur simalar baxır. Niyə onlar arasında Monika Beluççinin üzü yoxdur?" - sualını Telman İslayılov gülüşlə qarşılayıb.

"Bütün bunlar sizin saytın ötürməsindən sonra başladı", - deyə o əlavə edib.

Xatırladaq ki, ötən il İtaliya KİV-də məşhur aktrisa Monika Beluççinin Telman İsmayılova görə boşandığı xəbəri yayılmışdı. Monikanın davranışı məsələni daha da qızışdırmışdı. Jurnalistlərə açıqlamasında məlumatı nə təsdiq, nə də ki təkzib etmişdi.

Milli.Az