[ 31 Mart 2015 12:50 ]
Bakı. Fərid Mirzəyev –
Tədbirin əhəmiyyətini vurğulayan Şura sədri, millət vəkili Azay Quliyev 2012-ci ildə ölkə prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) haqda məlumat verib: “Qurumun əsas məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir. "ASAN xidmət" modeli eyni çətir altında 30 dövlət xidmətini həyata keçirən Azərbaycanın uğurlu xidmət modelidir. Hazırda bu xidmət mərkəzləri 6 milyondan artıq insana xidmət göstərə biləcək potensiala malikdir”.
Konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirin “ASAN xidmət” mərkəzlərinin üstünlüklərini İtaliya ictimaiyyəti ilə paylaşmaq baxımından əhəmiyyətini vurğulayıb.
İtaliyanın Lessi bələdiyyəsinin İnnovasiya və Texnologiyalar Şurasının sədri Alessandro Delli ölkəsində "ASAN xidmət" kimi sistemin qurulmasının vacibliyini qeyd edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli “ASAN xidmət” mərkəzlərinin yaradılması və onların vətəndaşlara operativ, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə danışıb.
Konfransa yekun vuran Azay Quliyev çıxışlarda və müzakirələrdə səslənən fikirləri əsas tutaraq Azərbaycanın “ASAN” təcrübəsinin nümunəvi model kimi istifadə edilməsi üçün İtaliya Milli Bələdiyyələr Asossasiyasının Avropa İttifaqına rəsmi müraciət etməsini təklif edib. Təklif konfrans iştirakçıları tərəfindən qəbul olunub.