Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in müdaxiləsindən sonra bu gün səhər saatlarında istər Babək prospektində, istərsə də Yusif Səfərov küçəsində sıxlıq aradan qaldırılıb. Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, artıq həmin ərazidə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkəti təmin olunub. Yusif Səfərov küçəsinin Babək prospekti ilə kəsişməsində yol göstəriciləri, yol nişanları və üfüqi nişanlanma xətlərinin tələbləri də pozulmasa, vəziyyət bugünkündən də  yaxşılığa doğru dəyişəcək.

 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yeni tikinti, yenidənqurma işləri ilə yanaşı, yaxın gələcəkdə paytaxt Bakı şəhərində hərəkətin tənzimlənməsi üçün müvafiq addımlar atacaq.