Model həm standart, həm də uzadılmış variantda olacaq. İlk dəfə olaraq kuzovun iki rəngi ilə sifariş vermək olacaq - bir çalar alt, ikincisi isə üst hissəyə. Bununla yanaşı radiator toru da yeniləcək. "SVAutobiography" 22 düymlük təkər, kapotda yenilənmiş yazı, beşinci qapı, xüsusi seriyaya aid olduğunu göstərən emblemlə təmin ediləcək.
Onun interyerində də dəyişiklər olacaq. Belə ki, "Range Rover SVAutobiography" da çox sayda dekorativ detal yer alacaq.
Yolsuzluq maşınının baqajında alminium və ağacdan olan, istənilən halda çıxarılması mümkün olan döşəmə, eləcə də beşinci qapıda oturacaqlar yerləşdirilib. Bu oturacaqlarda alminiumdandır və dəri ilə örtülüb. Bu çərcivələrin üzərinə iki böyük sərnişin üçün oturacaqlar yerləşdirmək olar.
"Range Rover SVAutobiography"ni adi modellərin mühərriki ilə də almaq olacaq. 550 at gücündə olacaq 5 litrlik sıxıcı kompressorlu V8 mühərriki ilə təhciz edilib.
Mühərrik hazırda istifadə edilən səkkizlik silindirlikdən 40 at gücü daha çox sürətlə təmin edəcək. Mühərrik səkkizdiapazonlu avtomat ötürmə qutusu ZF ilə uyğunlaşdırlıb.
"Range Rover"in yenilənmiş modelinin yay aylarında satışa çıxarılacağı gözlənilir.





Mənbə
ANS PRESS