[ 31 Mart 2015 10:57 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda intihar hadisəsi baş verib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında qeydə alınıb.

 

Şəxsiyyəti məlum olmayan naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.

 

Hazırda polis intihar edən qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.