[ 31 Mart 2015 09:26 ]


Bakı - APA. Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı binadan 20 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib.

 

Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.