Məlumata görə, Xarad rayonunda yerləşən qaçqın düşərgəsinə, ümumilikdə, dörd zərbə endirilib. İnsident nəticəsində azı 250 nəfər yaralanıb.
Hücumun hədəfinin yaxınlıqdakı hərbi obyekt olduğu ehtimal edilir.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb.
Milli.Az