Bakı, 31 mart, AZƏRTAC
Aprelin 3-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyası ilə "Stüdyo-19" şirkətinin birgə istehsal etdikləri “Ağır illər...Xoş xatirələr” sənədli filminin təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edən filmin ssenari müəllifi və rejissoru xalq artisti Oqtay Mirqasımovdur.