Ermənistan silahlı qüvvələrinin əsgəri, 1995-ci il təvəllüdlü hərbi qulluqçu Ovsep Andreasyanın ölüm fakt üzrə cinayət işi qaldırılıb.

ANS PRESS-in məlumatına görə, Ermənistanın İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri, o cümlədən milli, irqi və ya dini nifrətin və ya dini fanatizmin motivi üzrə istintaq başlayıb.

Ümumiyyətlə, son vaxtlar ermənilərin cəbhədə vəziyyəti gərginləşdirmək səyləri puça çıxır, törətdikləri təxribatlara layiqli cavab verilir. Elə buna görədir ki, Ermənistan rəhbərliyi ordunun verdiyi itkiləri ictimaiyyətdən gizlətməyə cəhd göstərir. Çünki İrəvanda ictimai narazılıq və narahatlıq günbəgün artır, insanlar təlaş içində yaşayır. Ona görə, əsgər ölümü faktlarının araşdırılacağı vədi verməklə ictimaiyyəti sakitləşdirmək istəyir.

Ermənilərin özlərinin təsdiqlədiyi kimi, təkcə martın 19-da cəbhədə baş vermiş döyüşdə 4 nəfər erməni əsgəri ölüb, 5 nəfər yaralanıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumata görə, martın 29-da axşam saatlarında Qarabağda, qoşunların təmas xəttində silahlı qüvvələrin daha bir əsgəri, 1995-ci il təvəllüdlü hərbi qulluqçu Ovsep Andreasyan aldığı güllə yarasından hadisə yerində keçinib.
Mənbə
ANS PRESS