Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verildi.
Bakı Ağ Şəhər bulvarı Prezident İlham Əliyevin tapşırığı ilə əvvəllər paytaxtın “Qara şəhər” kimi tanındığı və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində ən müasir standartlara uyğun şəkildə salınır. 2013-cü ilin mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirəcək. Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanır, vaxtaşırı tikinti meydançalarını gəzir, layihənin yüksək zövqlə icra olunmasına şəxsən nəzarət edir.
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində olacaq, müasir iaşə və xidmət obyektləri yaradılacaq. Burada dənizkənarı piyada yolları çəkiləcək, xüsusi yaşıllıq zonaları yaradılacaq, müxtəlif sahilbərkitmə işləri həyata keçiriləcək. Həmçinin bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa ediləcək.
Bu nəhəng istirahət guşəsi sürətlə böyüyən və inkişaf edən Bakının görməli və gəzməli yerlərinə yeni bir ünvan da artıracaq. Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni xüsusi bir yaraşıqla daha da cazibədar edəcək.
Dövlətimizin başçısı yeni bulvarın müxtəlif yerlərində aparılan inşaat işlərinin gedişi ilə maraqlandı və müvafiq tapşırıqlarını verdi.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47