Hesabatda qeyd edilib ki, müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 220 valideyn barəsində tərtib olunan materiallar qanunla müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət strukturlarına göndərilib.
Təhsildən yayınan 529 azyaşlı məktəbə qaytarılıb, habelə şagird və tələbələr arasında cinayətkarlığın, intihar hallarının, onların məişət zorakılığına, qeyri-insani rəftara məruz qalmasının qabaqlanması məqsədilə Təhsil Nazirliyinə və onun yerli strukturlarına 462 təqdimat göndərilib.
Qeyd edək ki, hesabat sənədi aprelin 3-də Milli Məclisdə müzakirə ediləcək.