Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur Elin Məmmədov qardaşları vəkillərindən imtina ediblər.

AzVision.az-ın məlumatına görə, qardaşlar vəkilləri Pərviz Zamanlı Cavid Alıyev ilə əməkdaşlığa artıq son veriblər.

Məmmədov qardaşları vəkillərinin fəaliyyətindən narazı olduqları üçün bu addımı atıblar.

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əks-səda doğurmuşdu. H.İsaxanlı mətbuata açıqlamasında qızının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın qızı olmadığını bildirib.

Milli.Az