Üçüncü Ümumrespublika Teatr Festivalı final mərhələsindədir
Bakı, 30 mart, AZƏRTAC
Milli Məclisin deputatı Jalə Əliyevanın təşəbbüsü ilə keçirilən gənclərin üçüncü Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb.
Təşkilatçıların AZƏRTAC-a verdiyi məlumata görə, Bakı, Ucar, Naxçıvan, Şamaxı və İmişlini təmsil edən 120-yə yaxın gənc yaradıcı kampda, təlimlərdə, fikir laboratoriyasında və məşqlərdə iştirak etmək üçün Gənclər və İdman Nazirliyinin Şüvəlanda yerləşən düşərgəsinə toplaşıb. Art–kampın keçirilməsində məqsəd gənclər arasında həm ünsiyyətin, həm də yaradıcı münasibətlərin formalaşmasına yardımçı olmaqdır.
Tanınmış sənət adamları - A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov, əməkdar artistlər Firdovsi Atakişiyev, Nofəl Vəliyev, rejissor Cavid Təvəkkül, Azərbaycan Dövlət Yuğ Teatrının direktoru Tərlan Rəsulov 3 gün ərzində gənclərə teatr sənəti ilə bağlı bir çox incəlikləri açıqlayıblar. Mükəmməl teatr sənəti ilə məşğul olmaq üçün məktəb və peşəkarlığin vacib olduğunu diqqətə çatdıran sənətçilər ustad dərslərini əvvəlcə gənclərlə dialoq üzərində qurublar. Bir fikir xüsusi vurğulanıb ki, əsl aktyor olmaq üçün 3 şərt vacibdir: Allah vergisi olan istedad, onu cilalamaq üçün çəkilən zəhmət və şans. Müxtəlif sualları cavablandıran sənətçilərin köməyi ilə gənc aktyor və rejissorlar improvizə olunmuş səhnəciklər – etüdlər quraraq, tərəf-müqabili anlamaq, hiss etmək üçün hansı texnikaların daha təsirli olduğunu sınayıblar. Ustad dərslərində əsas fabula - “Sənətdə bəzən söz o qədər də önəmli olmur. Baxışlar, hisslər, gözlər daha çox şey ifadə edir” fikri olub.
Martın 30-dan etibarən Bakıdan 8 peşəkar və həvəskar teatr nümayəndələri, habelə Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa “ağ ölüm” adlandırılan bəlanı cəmiyyətdən, xüsusilə də gənclərimizdən uzaq tutmağın yollarını göstərən 12 tamaşa ilə 3 gün ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcəklər. Hazırlanan tamaşaların mövzusu da sırf narkomaniya düşkünlüyünə, qanunsuz preparatların satışına etiraz ruhunda köklənib. Təsadüfi deyil ki, festivalın sloqanı olaraq, məhz “NARKOSTOP” seçilib.
Layihənin icraçı direktoru Sənan Əlləz, reallaşdıran təşkilat “BİZ – Biz inkişaf zamanındayıq”, dəstəkçiləri Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, ASSİTEJ və sıra qurumlardır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33