Bakı, 30 mart, AZƏRTAC 
Azərbaycan 2014-cü ildə ixrac etdiyi 6,5 milyard kubmetr təbii qazın 69,23 faizini, yəni 4,5 milyard kubmetrini Türkiyəyə ixrac edib.
Bu ilin yanvarında Türkiyə Azərbaycandan 577,36 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTAC Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) yaydığı məlumata istinadla xəbər verir ki, 2014-cü ilin müvafiq ayında isə bu rəqəm 584,19 milyon kubmetr olub.