“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, toqquşan maşınlardan birinin sürücüsü yol polisi olub. Hadisə Rəşid Behbudov küçəsində baş verib.Nəsimi rayonunda yol qəzası baş verib
Dövlət Yol Polisi İdarəsinin kiçik serjantı, 1987-ci il təvəllüdlü Pərviz Şahverdiyevin idarə etdiyi "Niva" markalı 90 TT 633 nömrəli və Bakı sakini, 1991-ci il təvəllüdlü Elməddin Nəsirovun idarə etdiyi "Mercedes" markalı 10 KR 343 nömrəli avtomobillər toqquşub. Nəticədə E.Nəsirov, sərnişinləri - 1989-cu il təvəllüdlü Rahilə Gözəlova, R.Gözəlovun oğlu, 2011-ci il təvəllüdlü İmaməli Natiq oğlu, bacıları Səkinə Nəsirova və Elyanə Yavtumova xəstəxanaya yerləşdiriliblər.
Dörd yaşlı İmaməli xəstəxanada vəfat edib, digər yaralıların vəziyyəti yaxşıdır.
Milli.Az