RTV (Region TV) xəbər verir ki, Şabran rayonunda bədbəxt hadisə baş verib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi, 1986-cı il təvəllüdlü Soltanov Ağalar Mürsəl oğlu göldə boğularaq ölüb. Hadisə dünən axşam, Soltanov rayonun Daşlıyataq kəndində əmisinin şəxsi təsərrüfatında olan göldə balıq  tutarkən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az