Milli.Az "Aliyənin kulinariya kitabı"na istinadən qızılgül formasında ət piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:


4 toyuq filesi
3 yerkökü
300 q göbələk
1 baş soğan
100 ml qaymaq
300 q pendir
1 limonun şirəsi
25 q muskat cevizi
duz
istiot

Toyuq ətini nazik şəridlərə doğrayın, dərin qaba yığın.

фотофото

Limon şirəsi, duz, istiot, üyüdülmüş muskat cevizini qarışdırın, toyuğun üzərinə əlavə edib bir müddət saxlayın.

фото
фото

фото

Yerkökünü qaynadın.

фото

Soğanı xırda doğrayın.

фото

Göbələyi yuyub doğrayın. Hazır doğranmış göbələkdən də istifadə edə bilərsiniz.

Soğanı bitki yağında qovurun.

фото

Göbələyi əlavə edib qovurun.

фото

Qaymaq əlavə edin.

фото

Qarışdırıb tavanın qapağını örtün, bişirin.

фото

20 sm diametrli formanı bitki yağıyla yağlayın.

фото

Ət tikələrini formanın dibinə və kənarlarına döşəyin.

фото

Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

фото

Soyumuş göbələyi döşəyin.

фото

Yerkökünü sürtgəcin iri gözündən keçirin.

фото

Göbələyin üstündən yerkökünü döşəyin.

фото

Ətin qalanını spiral formasında döşəyin.

фото

200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Piroqun şirəsi çox olacaq, ona görə 30 dəqiqə sonra bu şirəni süzün.

фото

Ət tikələrinin birləşdiyi yerlərə pendir səpin.

фото

фото

Yenidən sobaya qoyun. Pendir əriyib qızarandan sonra çıxarın. 10 dəqiqə formada saxlayın. Sonra buluda çəkin.

фото
фото

Süfrəyə kartof püresi ilə verə bilərsiniz.

Nuş olsun!

Milli.Az