Bakıda 31 yaşlı qadın falçıdan polisə şikayət edib
Qafqazinfo-nun verdiyi xəbərə görə, qadın bildirib ki, hadisə bir neçə ay öncə baş verib.

Bu ilin yanvar ayında Səidə adlı şəxs Buzovna qəsəbəsi A,Mirzəyev küçəsində yaşayan 1984-cü il təvəllüdlü Zərifə Alıyevanın evinə gələrək fala baxmaq adı ilə ondan 2 min manat dəyərində qızıl-zinət əşyalarını alıb qaytarmayıb.

Falçının vədi özünü doğrultmadığı üçün Z.Alıyeva həmin qızılların geri qaytarılmasını istəyir.

Milli.Az