Bakıda telejurnalist ölümdən güclə yaxa qurtarıb
Milli.Az xəbər verir ki, Azad Azərbaycan televiziyasının əməkdaşı Vüqar Kamiloğlu dünən gecə ağır yol qəzasına düşüb. Qəza zamanı onun idarə etdiyi avtomobil alışıb.

Nərimanov rayonunda "VAZ-2107" markalı minik maşını V.Kamiloğlunun idarə etdiyi “Chevrolet”ə çırpılıb. Qəza zamanı “Jiquli”nin sürücüsü dünyasını dəyişib. “Chevrolet” markalı minik avtomobilində isə güclü yanğın baş verib. Vüqar son anda maşından çıxaraq xilas ola bilib.

Gülər
Milli.Az


Videoları izləmək üçün şəkillərə klikləyin.

фото


фото