Bakı şəhər sakini tapdığı sursatı təhvil verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Səfa Hacıyev tapdığı sursatı polisə təhvil verib.

Qeyd edək ki, Səfa Hacıyev 31 ədəd müxtəlif çaplı patronu, 1 ədəd partlayıcı paket və 6 ədəd təlim fitili tapıb.

Hazırda həmin şəxsin sursatı haradan tapdığı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS