Belarusda axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Goranboy rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Nəsibov tutulub.

Qeyd edək ki, Seymur Nəsibov Belarus Cinayət Məcəlləsinin 139-cu maddəsi (qəsdən adam öldürmə) ilə axtarışdadır.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS