[ 29 Mart 2015 14:15 ]
Bakı. Fuad Cəfərov – APA. Tərtər sakini hədə-qorxu yolu ilə pul alarkən saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmil Ağayev Ağdaş rayon sakini Əcəm Abışova hədə-qorxu gələrək ondan 1500 manat alarkən tutulub.