Şəhər sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, özünü bu gün səhər “Mahrasa bağı” adlanan ərazidə hündürmərtəbəli binadan atan F. M.-in intiharına səbəb namusuna edilmiş təcavüzdür. Milli.Az-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi olan F.M. bir neçə gün əvvəl dörd oğlan tərəfindən qəbristanlığa aparılıb və orada cinsi təcavüzə məruz qalıb. Bundan sonra F.M. özünü öldürmək qərarına gəlib. Hətta bir dəfə özünü öldürməyə cəhd etsə də, valideynləri bundan xəbər tutub və qarşısını alıblar. Bu gün isə F.M. özünü 13-cü mərtəbədən ataraq həyatına son qoyub.Gəncədə 11-ci sinif şagirdinin özünə qəsd etməsinin təfərrüatları məlum olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. İntiharın əsl səbəbini istintaq müəyyən edəcək.
Gülər
Milli.Az