Bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

 

Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq.

 

Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.

 

Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.