Bakı. 29 mart. REPORT.AZ/ Yevlax şəhəri, Varvara su anbarı ərazisində bir nəfər rezin qayıqla qadağan olunmuş əraziyə daxil olub. “Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:10-da başa çatıb.