[ 29 Mart 2015 09:43 ]



Bakı - APA. Martın 30-dan aprelin 3-dək Türkiyənin Ankara şəhərində müdafiənin planlaşdırılması kursu keçiriləcək.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə bundan başqa martın 30-dan aprelin 2-dək Bakı şəhərində Azərbaycan-Pakistan işçi qrupunun 6-cı işçi görüşü, martın 31-dən aprelin 3-dək isə Bakı şəhərində strateji konsepsiyanın işlənib hazırlanması və planlaşdırılması seminarı baş tutacaq.

 

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.