Milli.Az pəhriz saxlayıb özünü şəkərdən məhrum edənlər üçün vitaminli və faydalı şirniyyatın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

100 q ərik qurusu
0,5 limon
3 x.q. bal
40 q qoz
40 q badam
0,5 st. "Herkules" yulaf lopası (15 dəqiqə bişən)

Limonu yaxşıca yuyun, qabıqlı iri doğrayın, dənələrini çıxarıb blenderdə xırdalayın.

Ərik qurusu elastik olmalıdır, çox qurudursa, əvvəlcədən qaynar suda isladın, sonra limon kimi xırdalayın.

Qozu da xırdalayın.

Ərik qurusu, limon, bal, qoz, "Herkules"i yaxşıca qarışdırın.
 
Odadavamlı formaya döşəyin, əlinizlə yaxşıca basın, qalınlığı təxminən 1 sm olsun.
 
200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Diqqət yetirin ki, yanmasın.

Çıxarıb qida plyonkasının üstünə qoyun, plyonkaya bükün, üstündən basaraq yastı hala gətirin.

Soyuducuda 3-4 saat saxlayın. Batonlara doğrayın.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az