Bakıda ölümlə nəticələnən qəza baş verib.
Milli.Az anspress-ə istinadən bildirir ki, Babək prospektində 90 VS 438 dövlət nömrə nişanlı 49 N-li “Daewoo” markali sərnişin avtobusu 90 LB 483 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Sərnişin avtobusunun düşdüyü qəzada yaralanan şəxslərin adları məlum olub.
Qəzada iki nəfər - ana və qızı yaralanıb. Belə ki, 38 yaşlı Məmmədova Tamara Teymur qızı və 22 yaşlı Hüseynova Aysel Tengiz qızı yüngül xəsarət alıb.
Avtobusun sürücüsü, 1960-cı il təvəllüdlü, Gürcüstan vətəndaşı Məmmədov Mustafa Seyfəddin oğlu da qəzadan xəsarətsiz ötüşmədiyi bildirilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin


