[ 28 Mart 2015 13:51 ]
Bakı - APA. Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin yanar konustruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.