Əməkdar artist Murad Dadaşov özünü rejissor kimi sınayacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şoumen bu haqda "ATV Maqazin" verilişində xəbər verib:

"Yaxın günlərdə bir neçə filmimin anonsunu görəcəksiniz. Bu işlərdə aktyor kimi görünməyəcəm. Özümü nədənsə kadr arxasında təsəvvür edirəm. Amma balaca, maraqlı bir epizodu oynaya bilərəm. O da ki dramatik bir rol olsa. Həmişə komediya rolu oynayan aktyorlar dramatik obrazda görünməyi arzulayırlar".

M.Dadaşov "Maşın" şouyla bağlı da danışıb:

"Leonid Yakuboviç ("Pole çudes"in aparıcısı - red.) kimi eyni verilişə aparıcılıq etmək istəmirəm. Amma Azərbaycanda "Maşın" şou çox sevilir və tələb olunur. Maraqlı heyət olsa, layihəni yenidən edə bilərəm. Hələ ki, belə fikrim yoxdur".

Milli.Az