Avropa Oyunları ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi paytaxtda 500 ədəd "London taksisi" gətirməyi planlaşdırır.Yeni London taksiləri Avropa Oyunları zamanı xəttə buraxılacaq
ANS TV-nin məlumatına görə, hazırda paytaxta 200 ədəd taksi gətirilib. Əlavə olaraq yeni müasir standatrlara uyğun əlavə olaraq taksilərin gətirilməsi planlaşdırılır.
NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyir ki, gətiriləcək London taksiləri Avropa Oyunları vaxtı xəttə buraxılacaq.
Onlar üçün nəzərdə tutulmuş dayanacaqlarda həm paytaxta gələn qonaqlara, həm də idmançılara ximət edəcək.
Milli.Az